Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“YouTube” saxta baxış sayları ilə mübarizəyə başlayıb
“YouTube” portalının aylıq unikal istifadəçi sayı 1 milyardı ötür. Rəsmi statistikaya görə, bu istifadəçilər 6 milyard saatlıq video izləyirlər, lakin onların hamısı insan deyil. Bununla əlaqədar “Google” adı çəkilən saytda yeni filtrasiya sistemini işə salmağa qərar verib: saxta baxış sayı ilə mübarizədə kömək etməlidir.
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, videohostinqin proqramçısı Filipp Pfayfenberqer deyib ki, bu gündən etibarən “YouTube” portalında sayğaclar yoxlanılacaq və saxta baxış sayını siləcək.
Saxta baxış sayı ilə mübarizə elan verənlər üçün “YouTube” portalını daha cazibədar etmək istəyi ilə izah olunur. Belə ki, elan verənlər əmin olmalıdırlar ki, videonu robotlar deyil, canlı insanlar izləyir. Belə görünür ki, “YouTube”ın yeni rəhbəri Süzan Voyjitski bu məsələləri yoluna qoymalı olacaq.
Emil Hüseynov
07/02/14 Çap et