Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir yerli resurs Azərbaycanda “Android” qurğularının sahibləri arasında ən populyar saytlar siyahısına daxil olub



“Opera” şirkəti 2013-cü ilin dördüncü rübünün nəticələrinə əsasən “State of the Mobile Web” hesabatını hazırlayıb.
 
“ICTnews” xəbər xidmətinin hesabata istinadən verdiyi məlumata görə, ötən rüb ərzində “Opera Mini” brauzerinin istifadəçiləri arasında ən populyar saytlar siyahısında ciddi dəyişikliklər baş verməyib.
 
Siyahıda ilk yerləri yenə də “Google” axtarış sistemi, “Facebook”, “Odnoklassniki” sosial şəbəkələri və “YouTube” servisi tutub. Maraqlısı odur ki, “Java” telefonlarının sahibləri arasında “Odnoklassniki” sosial şəbəkəsinin populyarlığı daha yüksəkdir, nəinki “Facebook”un.
 
Azərbaycanda “İOS” qurğularının sahibləri arasında “turbo.az”, “Android” qurğularının sahibləri arasında isə  “big.az”  ən çox müraciət edilən yerli saytlar olub.
 
Aynur Vəliyeva
 




07/02/14    Çap et