Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” “məntiqli” superkompüterə 100 milyon dollar sərmayə qoyacaq


“Bloomberg” xəbər agentliyi yazıb ki, “IBM” şirkəti “Watson” sisteminin Afrikada tətbiqinə 100 milyon dollar yatıracaq.
 
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Watson” superkompüteri süni intellekt sistemi ilə təchiz edilib, sualları başa düşür və məlumat bazasında onlara cavab axtarmaq qabiliyyətinə malikdir. “IBM” “Watson” superkompüterini Afrikada sosial-iqtisadi  məlumatların emalı üçün hökumət müəssisələri, universitetlər və başqa əməkdaşlıq təşkilatlarında istifadə etməyi planlaşdırır.

"Afrika doğrudan da inkişaf edir. Biz hesab edirik ki, bu investisiya həm də onu göstərir ki bu, çox yaxşı biznes həllidir" – “IBM”-in tədqiqatçısı Solomon Assefa deyib.

Emil Hüseynov
 




07/02/14    Çap et