Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Region məktəblərində elektron lövhələr qurulacaq
Təhsil Nazirliyi təhsil sistemində elektron lövhələrin tətbiqini daha da genişləndirməyi qarşıya hədəf qoyub. Bu barədə İCTNews-ə məlumatı nazirliyin Təhsilin informasiyalaşdırılması şöbəsinin müdiri Samir Məmmədov verib. Onun sözlərinə görə, “e-məktəb” layihəsinə qoşulan məktəblərdə interaktiv elektron lövhələrin tətbiq edilməsi müasir texnologiyaların tətbiqi ilə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir. “Artıq Bakı və Sumqayıtda bu layihə uğurla həyata keçirilib. Yaxın vaxtlarda bu işlər Gəncədə və digər regionlarda da həyata keçiriləcək”- deyə, o bildirib.
Qeyd edək ki, lövhələr üzdən sadə market lövhələri kimi görünür, lakin elektron interaktiv lövhədə yazılan hər şey dərhal fərdi kompyuterlərin ekranında əks olunur.
Yazılan məlumat fayl formasında saxlanılır və printerdə çap oluna bilir.
03/06/11 Çap et