Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Huawei”nin satışları artıb
2011-ci ilin ilk 6 ayı ərzində keçən ilin analoji dövrü ilə müqayisədə “Huawei Technologies” şirkətinin gəlirləri 11% artıb. Telekommunikasiya avadanlığının Çin istehsalçısı əmindir ki, şirkət korporativ seqmentdə mobil telefon istehsalının artması hesabına 2011-ci ilə nəzərdə tutulmuş 31,13 milyard ABŞ dolları dəyərində satış həcminə nail olacaq.
“Huawei” şirkətinin dərc edilmiş hesabatına əsasən, 2011-ci ilin birinci yarısında şirkətin gəliri 15,4 milyard ABŞ dolları olub.
“Huawei” şirkətinin əməliyyat gəliri 2011-ci ilin yanvar ayından iyun ayına kimi 1,9 milyard ABŞ dolları olub.
Qeyd edək ki, “Huawei” son illərdə telekommunikasiya avadanlığının aparıcı təchizatçılarından biri olub. Şirkət buna yalnız öz məhsulunun qiymətini aşağı salmaqla deyil, həmçinin onun keyfiyyətini yaxşılaşdırması hesabına nail olub.
16/08/11 Çap et