Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunlarına dair tədbir keçirilir
Hazırda "Hilton" mehmanxanasında "İnformasiya-kommunikasiya texnologiyaları ili"nin yekunlarına və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş tədbir keçirilir.
Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevin çıxışı nəzərdə tutulub.
Sözügedən toplantıda "İKT ili" çərçivəsində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirilən qrant müsabiqələrinin qalibləri də mükafatlandırılacaqlar.
Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peykinin layihələndirilməsində, hazırlanmasında, orbitə buraxılmasında və istismarında, eləcə də "İKT ili" ərzində göstərdikləri xidmətə görə rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə bu sahədə çalışan bir sıra əməkdaşlar Fəxri fərmanlarla təltif olunacaqlar.
Sonda toplantı iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət oxunacaq.
08/02/14 Çap et