Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər Dubay polisinin “Twitter” hesabını ələ keçiriblər
Hakerlər qrupu fevralın 9-da Dubay polisinin rəsmi "Twitter" hesabını ələ keçirib.
"Dubay polisi bizi izləyir. Biz də eyni cavabı veririk, bu ədalətli deyilmir?" – ələ keçirilmiş "Twitter" hesabında yazılıb.
Hakerlər, həmçinin Dubay polisinin "LinkedIn" sosial şəbəkəsində və "Tumblr" bloqhostinqində hesablarını ələ keçirib.
"The Horsemen" haker qrupu məsuliyyəti öz üzərinə götürüb.
Qurum öz rəsmi "Twitter" hesabının ələ keçirilməsi faktını təsdiqləyib və deyib ki, problemi aradan qaldırmağa çalışır.
Emil Hüseynov
10/02/14 Çap et