Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”ın direktoru jurnalistlərə şirkətin qarşıdakı planları barədə məlumat verib


“Apple”ın baş direktoru Tim Kuk “The Wall Street Journal” nəşrinə müsahibə verib və bir çox məsələlərə aydınlıq gətirib. Hərçənd top-menecer şirkətin gələcək məhsulları haqqında heç bir konkret açıqlama verməyib, bununla belə jurnalistlər onun sözlərində böyük iPhone və “ağıllı” saat hazırlamasına işarə görüblər.
 
“Apple”ın planşetofonlar bazarına çıxışı haqqında müxbirin sualına Kuk cavab verib ki, korporasiya hələ buna hazır deyil. O, böyük ölçülü smartfonun çıxarılmasını istisna etməyib, lakin əlavə edib ki, mobil qurğu üçün yalnız ekranın ölçüsü deyil, həm də onun təsvir ölçüsü, dəqiqliyi, ziddiyyət və etibarlılığı mühümdür. Rəhbər vurğulayıb ki, “Apple” bu parametrlərin hər birini düşünür.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, o, tamamilə yeni məhsulların çıxarılacağına söz verib. "Yeni kateqoriyalar olacaq. Biz bu haqda hələ ki danışmayacağıq, lakin doğrudan da yeni məhsullar üzərində işləyirik" – Tim Kuk deyib.
 
Kuk jurnalistlə söhbət zamanı “Android” platformasını tənqid etmək fürsətini əldən verməyib. “Apple”ın baş direktoru bu əməliyyat sistemini Avropa ilə müqayisə edərək qərarını belə izah edib ki, hər iki halda bir ad altında çoxlu sayda müxtəlif məna gizlənir.
 
 
Avropanın fikri amerikalılara tamamilə aydın deyil. Bu regionda çoxlu dövlət var, lakin o, ABŞ-a oxşar deyil, “Android” kimi başqadır. Nə qədər “Kindle” sahibi “Android” platforması ilə işlədiyini bilir? “iOS” və “Android” platformaları gecə və gündüz kimi fərqlidir" – Tim Kuk deyib.
 
Tim Kuk, həmçinin əlavə edib ki, “Apple” üçün bazar payı böyük əhəmiyyət kəsb etdiyindən yüksək keyfiyyətli məhsulların yaradılması ilə məşğuldur. Kaliforniya nəhənginin direktoru şirkətin gəlir artımının zəifləməsini kritik hesab etmir. Top-menecerin sözlərinə görə, gəlirin artım sürəti bir neçə il əvvəllə müqayisədə o qədər yüksək deyil, lakin rəqiblərlə müqayisədə yaxşıdır.
 
Emil Hüseynov




10/02/14    Çap et