Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron Təhlükəsizlik Mərkəzinin “WordPress”lə bağlı xəbərdarlığı
Minlərlə veb-sayt "WordPress"in "OptimizePress" mövzusundakı təhlükəsizlik çatışmazlığı vasitəsilə yoluxub.
"OptimizePress" mövzusunda olan fayl yerləşdirmə xətası hücumçulara minlərlə "WordPress" saytlarına hücum etməyə icazə verir. Belə ki, "lib/admin/media-upload.php" hissəsində olan təhlükəsizlik çatışmazlığı hər kəsə istənilən növdə olan faylları "wp-content/uploads//optpress/images_comingsoon" qovluğuna yerləşdirməyə imkan verir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edir ki, əgər siz də adı yuxarıda qeyd olunmuş mövzudan istifadə edirsinizsə, istifadə etdiyiniz versiyanı dərhal yeniləməlisiniz. Əks halda, siz də qurbanlardan birinə çevrilə bilərsiniz.
CAHANGİR
10/02/14 Çap et