Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdırılması işlərinə başlanacaq
2014-cü ildə Mərkəzi Bank tərəfindən regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təşviq olunacaq.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı MB-nın sədri Elman Rüstəmov danışıb. O bildirib ki, cari ildə innovativ ödəniş alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin artması üçün stimullaşdırma tədbirləri davam etdiriləcəkdir:
“Hökumət Ödəniş Portalı”na dövlət qurumlarının inteqrasiyası istiqamətində işlər davam etdiriləcəkdir. Elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdırılması işlərinə başlanacaq”.
Sədrin sözlərinə görə, mövcud Strateji Plan üzrə çoxsaylı layihələrin və işlərin uğurla yekunlaşması üçün bütün resurslardan səmərəli istifadə ediləcək. Eyni zamanda yeni strateji dövr üçün əsas prioritetlər müəyyən olunacaq: “Qarşıda duran hədəflərin reallaşmasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafı vacib rol oynayacaq”.
Seymur Qasımbəyli
11/02/14 Çap et