Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“AzTEST”-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı TÜRKAK-da akkreditasiya edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı Türk Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunub.
Komitədən bildirilib ki, TÜRKAK mütəxəssislərinin “AzTEST”-də apardıqları 2 mərhələli auditin nəticəsində mərkəzin İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanının fəaliyyətinin İSO 17021:2011 “Uyğunluğun qiymətləndirilməsi, idarəetmə sistemlərinin sertifikatlaşdırılması və auditini keçirən orqanlara tələblər” standartının tələblərinə uyğun qurulduğu barədə rəy verilib.
İSO 17021:2011 beynəlxalq standartı əsasında beynəlxalq akkreditasiya sənədi almış orqanlar müəssisələrdə idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində sertifikatlaşdırılmasını həyata keçirə bilərlər.
Həqiqət İSABALAYEVA
11/02/14 Çap et