Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “Elektron hökumət” quruculuğu ilə bağlı yeni mövzular test proqramlarına daxil edilib
Azərbaycanda elektron hökumətin qurulması, elektron xidmətlərin və elektron sənəd dövriyyəsi sistemlərinin geniş tətbiqi ilə əlaqədar olaraq bu sahələrlə bağlı yeni mövzular dövlət qulluğuna qəbula dair informasiya texnologiyaları üzrə test proqramlarına əlavə olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, bununla yanaşı, test bankında “Windows” əməliyyat sistemi və “Microsoft Office”in tətbiqi proqramları üzrə olan test tapşırıqlarının müvafiq olaraq “Windows 7” və “Microsoft Office 2007” versiyalarına uyğunlaşdırılması aparılıb. Bununla əlaqədar olaraq test bankında olan müvafiq testlərin ekspertizası həyata keçirilib, sahə üzrə yeni test tapşırıqları hazırlanıb və test bankına daxil edilib.
CAHANGİR
11/02/14 Çap et