Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitəçi boksçular 7 medal qazanıblar
Bakıda yanvarın 26-dan 31-dək respublikanın bütün regionlarından olan 198 boksçunun iştirakı ilə böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Çempionatda “Rabitə İdman klubu”nun boksçuları 1 qızıl, 1 gümüş və 5 bürünc olmaqla ümumilikdə 7 medal əldə ediblər.
İdmançılardan Kamran Mehdiyev +91 çəki dərəcəsində I yerə layiq görülərək qızıl medalla mükafatlandırılıb, Vətən Hüseynli isə 81 kq dərəcəsində II yerə çıxaraq gümüş medala sahib olub. Fərid Ağamoğlanov (56 kq), Elnur Əliyev (60 kq), Namiq Abbasov (64 kq), Tamerlan Allahverdiyev (69 kq) və Emil Əhmədov (75 kq) III yerə layiq görülərək bürünc medallar əldə ediblər.
12/02/14 Çap et