Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşlar etik müvəkkillərə elektron qaydada asanlıqla müraciət edə bilərlər


“Elektron hökumət”ə keçidlə əlaqədar olaraq vətəndaşların dövlət orqanlarında təyin edilən etik müvəkkillərə elektron müraciət edə bilməsi işi asanlaşdırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə,  bu məqsədlə müvafiq dövlət orqanlarının etik müvəkkillərinə komissiyanın internet saytı vasitəsilə çıxış imkanları yaradılıb.
 
Etik məsələlərlə bağlı komissiyaya (etik müvəkkilə) müraciət etmək üçün “etik@csc.gov.az” elektron ünvanı istifadəyə verilib. Vətəndaş həmin ünvana müraciət etdikdə onun müraciəti dərhal aidiyyəti dövlət orqanı üzrə etik müvəkkilə də göndərilir. Bu sistem etik məsələlər üzrə müraciətlərin araşdırılmasını nəzarətdə saxlamağa və bununla da etik şikayətlərin daha effektiv araşdırılmasına imkan verir.

CAHANGİR




12/02/14    Çap et