Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Artıq virtual valyuta ilə əməliyyatlara etibar edilmir
Ən iri bitkoin mübadiləçisi olan “Bitstamp” internet platforması virtual valyuta üzrə əməliyyatları dayandırıb.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bundan bir gün öncə əməliyyatları Tokionun “Mt.Gox” bitkoin mübadiləçisi dayandırıb və “Bitcoin” protokolunda, virtual valyuta ilə tranzaksiyalar haqda məlumatları dəyişdirməyə imkan verən, əsaslı boşluğu aşkar etdiyini bildirib.
“Bitstamp” ərizəsində bildirilir ki, şirkət əməliyyatları platformanın bağlanmasına yönəldilmiş kütləvi DDoS-hücumdan sonra dayandırıb.
Hazırda “Bitstamp”da deyirlər ki, şirkət bitkoinlə əməliyyatların bərpasını DDoS-hücumun nəticələrini aradan qaldırdıqdan, həmçinin “Bitcoin” protokolunda boşluğu ləğv etdikdən sonra həyata keçirəcək.
“Bu gün və dünən açılan, lakin başa çatdırılmayan bütün tranzaksiyalar ləğv ediləcəklər”, - “Bitstamp”ın məlumatında qeyd edilib.
Qeyd edək ki, “Bitcoin” virtual valyutanın cari məzənnəsi 1 bitkoinə görə 643,58 dollar təşkil edir, bu da həftənin birinci gününə nisbətən 5,8% çoxdur.
Aynur Vəliyeva
12/02/14 Çap et