Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakcell” abunəçilərinə “Ani Kart” virtual kartını SMS vasitəsilə əldə etmək imkanı təqdim edib
“AzeriCard” Prosessinq mərkəzinin və Azərbaycan Beynəlxalq Bankının birgə təqdim etdikləri virtual ödəmə kartının SMS vasitəsilə dərhal əldə olunması xidmətindən artıq “Bakcell” abunəçiləri də yararlana bilərlər.
“Azericard”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, virtual kartı almaq üçün YENİ valyuta (AZN/USD/EUR), məsələn, YENİ AZN, komandası 7111 qısa nömrəsinə göndərilir və internet vasitəsilə alış-veriş aparmaq üçün “VISA” və ya “MasterCard” kartlarının bütün lazımi rekvizitləri SMS ilə telefona daxil olur.
Həmin kart istər Azərbaycanın, istərsə də xarici internet səhifələrində istifadə oluna bilər. “Ani” virtual kartını hədiyyə etmək də olar. Bunun üçün HEDİYYE mobil telefonun nömrəsi valyuta (AZN/USD/EUR), məsələn, “HEDIYYE 0551234567 AZN”, göndərmək lazımdır. Bunu da qeyd etmək lazımdır ki, bir mobil telefon nömrəsinə müxtəlif valyutalarda 3 kart sifariş edə bilərsiniz. Virtual kart 1 il müddətinə buraxılır. Kartın qiyməti ayda 0.99 AZN-dir. Kartın balansını artırmaq üçün “Kart Transfer” və ya “Cash to any Card” xidmətlərindən istifadə edə bilərsiniz.
Ətraflı məlumatı “www.anikart.az” internet saytından ala bilərsiniz. Yaxın gələcəkdə “Azerfon” abunəçiləri də bu xidmətdən yararlana bilərlər.
Aynur Vəliyeva
12/02/14 Çap et