Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Heydər Əliyev Fondunun Dmanisi şəhərindəki kompüter təhsil mərkəzi indiyədək 300 nəfərə sertifikat verib
Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli - Borçalı bölgəsinin Dmanisi şəhərində istifadəyə verilmiş kompüter təhsil mərkəzi bu gün də uğurla fəaliyyət göstərir.
Mərkəzdə uşaqlar gürcü və ingilis dillərini öyrənir, həmçinin kompüter kursları keçirlər. Mərkəz fəaliyyət göstərdiyi müddətdə 300 nəfərədək dinləyici sertifikat alıb. Sertifikat almış azərbaycanlılardan təxminən 10 nəfəri Gürcüstanın ali məktəblərinə qəbul olunub.
Hazırda burada təşkil olunan məşğələlərə Dmanisi şəhərindən və rayonun ayrı-ayrı kəndlərindən 120 nəfərdən çox uşaq cəlb olunub. Gürcü dilini öyrənən qrupda əsasən azərbaycanlı, ingilis dili qrupunda isə kompüter kursunda olduğu kimi, həm azərbaycanlı, həm də gürcü uşaqlarına məşğələlər keçilir.
Qeyd edək ki, Heydər Əliyev Fondu mərkəzi əyani vəsaitlərlə – kitablar, dərsliklər, CD və DVD-lərlə təmin edir. Mərkəzdəki bütün kompüterlər internetə qoşulub.
13/02/14 Çap et