Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan ikinci telekommunikasiya peykindən daha çox gəlir əldə edəcək
Azərbaycan ikinci telekommunikasiya peykinin orbitə çıxarılması layihəsi daha da rentabelli olacaq.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Azərbaycanın ikinci telekommunikasiya peykinin resurslarının daha çox hissəsi eksport ediləcək.
“Birinci telekommunikasiya peykinin resurslarının 20%-i daxili tələbatları təmin etmək üçün istifadə edilir, ikinci telekommunikasiya peykinin resurslarının isə çox hissəsi eksport ediləcək. Bu bizim kosmik fəzada mövqeyimizi və kosmik bazarda iştirakımızı genişləndirəcək, həmçinin “Azərkosmos”a əlavə gəlirlər əldə etməyə imkan verəcək”,- deyə nazir bildirib.
Qeyd edək ki, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birinci ili ərzində artıq 10 milyon dollar gəlir daxil olub.
Aynur Vəliyeva
13/02/14 Çap et