Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda bu il ərzində İKT üzrə Müstəqil Tənzimləyici Orqan yaradılacaq
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu il ümumi islahatlar çərçivəsində ölkədə İKT sahəsi üzrə müstəqil tənzimləyici orqan yaratmağı nəzərdə tutub.
Nazir Əli Abbasov bildirib ki, müstəqil tənzimləyici orqanın hazırda nazirliyin strukturunda fəaliyyət göstərən müvafiq departamentinin nəzdində yaradılması nəzərdə tutulur.
“Yeni qurum sərbəst şəkildə öz nizamnaməsi əsasında bazarda tənzimləyici fəaliyyət göstərəcək. Biz çalışacağıq ki, yeni qurumun maksimal dərəcədə nazirlikdən asılılığını azaldaq”.
Aynur Vəliyeva
13/02/14 Çap et