Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yanvar ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 240 min manatı ötüb


Cari ilin yanvar ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,7 dəfə artaraq 242,3 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə,  əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 84,5 faizini hüquqi, 15,5 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,9 faizini qeyri-ərzaq malları təşkil edib.

CAHANGİR




13/02/14    Çap et