Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
ABŞ-ın Dövlət katibinin köməkçisi, Beynəlxalq rabitə və informasiya siyasəti üzrə baş əlaqələndirici, səfir Filip Vervir cari ilin 23-26 noyabr tarixlərində Bakıda keçiriləcək “BakuTel-2011” sərgi-konfransına dəvət olunub.
Tədbirdə səfir Vervirin həyat yoldaşı, ABŞ Dövlət Departamenti katibinin müavini, Hillari Klintonun qadın məsələləri üzrə səfiri xanım Milane Vervir, həmçinin, ABŞ-ın İKT və telekommunikasiya üzrə aparıcı şirkətlərinin iştirakı gözlənilir.
03/06/11 Çap et