Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda internet bankçılıq inkişaf edir
Ölkədə internet istifadəçilərinin sürətlə çoxalması şirkətləri də bu istiqamətdə addımlar atmağa vadar edib. Azərbaycanda fəaliyyət göstərən daha bir bank da internet bankçılıq xidmətini ictimaiyyətin istifadəsinə verib.
Bununla əlaqədar olaraq “AtaBank” ASC özünün yeni “AtaNet” internet bankçılıq məhsulunun təqdimatını keçirib. Tədbirdə qeyd edilib ki, bu xidmətdən istifadə zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb. Məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub.
Qeyd edilib ki, “AtaNet” məhsulu elektron imza ilə inteqrasiya olunan ilk və yeganə internet bankçılıq məhsuludur. Bu məhsul korporativ biznes nümayəndələrinin, fərdi sahibkarların və VİP müştərilərin ehtiyacına və tələblərinə uyğun olaraq işlənib hazırlanıb. “AtaNet”lə ənənəvi bankçılıqda olan bütün əməliyyatları yerinə yetirmək mümkün olacaq.
Xidmətdən istifadə etmək üçün xüsusi avadanlıq və proqram təminatı almaq lazım deyil, bunun üçün, sadəcə, bankın veb-səhifəsinə daxil olmaq kifayətdir. Bankdan o da bildirilib ki, hazırkı məhsul gələcəkdə bankın bütün müştərilərinə təqdim olunacaq.
Seymur
13/02/14 Çap et