Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AQUPDK internet saytı vasitəsilə keçirdiyi sorğunun nəticələrini elan edib


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) saytında  (www.scfwca.gov.az) periodik olaraq ailə, qadın və uşaq məsələlərinin müxtəlif aspektlərinə aid sorğular keçirilir. Komitədən verilən məlumata görə, növbəti sorğu  uşaqların əmək hüquqlarının müdafiəsinə aid olub. Saytda təqdim olunmuş “Uşaq əməyinin istismarının qarşısı necə alına bilər?” sorğusunda 93 respondent iştirak edib.

Respondentlərin  29 faizi “Uşaqların sosial müdafiəsini gücləndirmək yolu ilə”, 29 faizi “Valideyn məsuliyyətinin artırılması yolu ilə”, 22,6 faizi “Uşaq istismarı ilə məşğul olan şəxslərin cəzalandırılması yolu ilə”, 19,4 faizi isə “Dövlət qurumları tərəfindən” cavablarını seçiblər.  
 
Cavablardan da göründüyü kim, respondentlərin 58 faizi  uşaq əməyinin istismarının qarşısının alınması sahəsində uşaqların sosial müdafiəsinin gücləndirilməsi və valideyn məsuliyyətinin artırılması istiqamətində işlərin görülməsini qeyd edirlər.
 
Komitə bildirir ki, hazırda ən vacib məsələlərdən biri valideyn məsuliyyətinin aşağı olmasıdır. Bunun üçün həm qanunvericilikdə, həm də  valideynlərin maarifləndirilməsində  yeni yanaşmalar tələb olunur.
 
CAHANGİR




13/02/14    Çap et