Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” məlumatların sinxronlaşdırılması ilə bağlı səhvi aradan qaldırıb


“Microsoft” korporasiyası “Skype”da mesajların sinxronlaşdırılması xidmətində qeydə alınmış problemləri aradan qaldırıb. Bu haqda fevralın 13-də internet-telefoniya xidmətinin rəsmi bloqunda yazılıb.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, artıq bir qurğuda (məsələn, işçi kompüterdə) baxılmış “Skype” mesajı başqa qurğuda (məsələn, smartfonda) oxunmuş kimi görsənəcək.
Bundan əvvəl sinxronlaşdırmada problemlər yaşanıb. “Skype” proqramını açan istifadəçi yeni mesajlara baxdıqda onlardan hansılarını oxuduğunu, hansılarını isə oxumadığını səhv salırdı.

Xatırladaq ki, “Microsoft” 2011-ci ildən “Skype” xidmətinə sahibdir; şirkət onu 8,5 milyard dollara satın alıb. “Skype” kompüterdən kompüterə və kompüterdən mobil və ya stasionar telefona zəng etməyə icazə verir.

Emil Hüseynov
 




14/02/14    Çap et