Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” şirkəti “Windows 8” üçün 200 milyon lisenziya satıb
“The Verge” nəşri “Microsoft”un marketinq üzrə icraçı vitse-prezidenti Tami Rellerin bəyanatına istinadən yazır ki, “Windows 8” əməliyyat sistemi üçün 200 milyon lisenziya satılıb. Bunun üçün 15 ay vaxt lazım olub.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Windows 8” platforması satış tempinə görə 2009-cu ildə çıxarılmış “Windows 7”-dən geri qalır. Sonuncunun bazara çıxarılma anından bir il sonra 240 milyon lisenziyası satılmışdı.
“NetMarketShare”ın məlumatına görə, “Windows 7” dünyanın ən populyar əməliyyat sistemidir: istifadəçilərin 47,5 faizi onu quraşdırıb.
Sonrakı yerdə bazar payı 30 faiz təşkil edən “Windows XP” qərarlaşıb. “Windows 8” və “Windows 8.1” sistemləri birgə bazarın 10,5 faizinə nəzarət edirlər.
“Microsoft”un əvvəlki ƏS-dən fərqli olaraq “Windows 8” iki interfeysdən ibarətdir. İşçi masasından başqa, sistemdə "canlı plitka"lardan ibarət metro interfeysi var. Sensor ekranlı qurğularda bu interfeyslə işləmək rahatdır.
Emil Hüseynov
14/02/14 Çap et