Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” cinsi azlıqlara jest etdi


"Facebook" sosial şəbəkəsi elan edib ki, artıq ABŞ istifadəçiləri özü haqqında informasiya daxil etdikdə cins üçün 50 variant seçə biləcəklər. Bu haqda sosial şəbəkənin administrasiyasına istinadən "Associated Press" agentliyi məlumat yayıb.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Facebook"da təxminən 1,15 milyard istifadəçi qeydiyyatdan keçib, lakin yeni cins variantları hələ ki sosial şəbəkənin yalnız 159 milyonluq Amerika auditoriyası üçün əlçatan olacaq.

Siyahıya "bigender", "interseksual", "transseksual" və sairə daxildir.
Layihə üzərində işləyən proqramçı Briel Harrison deyib ki,  istifadəçilərin əksəriyyəti üçün heç nə dəyişməyəcək, lakin müəyyən qrup insanlar üçün bu, böyük əhəmiyyət daşıyacaq.

Emil Hüseynov
 





14/02/14    Çap et