Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kənd Təsərrüfatı Nazirliyi “1C leasing” elektron idarəetmə sisteminə keçir


“Prezident İlham Əliyev kənd təsərrüfatının elektron idarəedilməsinə çox böyük önəm verir”. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri kənd təsərrüfatı naziri Heydər Əsədov Moldovanın “Sistem İT Solutions” şirkətinin nümayəndə heyəti ilə keçirdiyi görüşündə səsləndirib.
 
Nazir qeyd edib ki, informasiya-kommunikasiya texnologiyalarının kənd təsərrüfatına inteqrasiya etdirilməsi, elektron xidmətlərin genişləndirilməsi dövlət başçısı tərəfindən qarşıya bir vəzifə kimi qoyulub. Ölkədə İKT sahəsində görülən işlərdən danışan nazirin sözlərinə görə, e-xidmətlər istiqamətində uğurlu nəticələr əldə olunub.
 
 
Görüşdə şirkət tərəfindən hazırlanan “1C leasing” proqram təminatının təqdimatı keçirilib. Proqramın əsas məqsədi “Aqrolizinq” ASC tərəfindən verilən kənd təsərrüfatı texnikaların qeydiyyata alınması, lizinqə verilməsi, mərkəzləşdirilmiş uçot sisteminin  və digər əməliyyatların elektron bazasının yaradılmasıdır.
Ümumilikdə yeni yaradılacaq “1C leasing” sistemi elektron idarəetmədə çevikliyi, operativliyi və şəffaflığı təmin edəcəkdir.
 
 
Bundan sonra H.Əsədov sistemin həyata keçirilməsi ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıq və tövsiyələrini verib.
 
Seymur Qasımbəyli
 




14/02/14    Çap et