Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPad” “Android” planşetlərlə müqayisədə 4 dəfə daha çox trafik yaradır
“Chitika” analitik şirkətinin təqdim etdiyi hesabatda ABŞ və Kanadada planşetlərin trafiki hesablanıb. Məlum olub ki, “iPad” planşetləri əvvəlki kimi “Android” qurğularıilə müqayisədə daha çox trafik yaradırlar. “Microsoft”un planşetlərinə daha çox iş saatlarında tələbat olur.
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “iPad” istifadəçiləri daha çox axşam vaxtları aktiv olurlar. Bu vaxt “Apple” planşetlərinin göstəriciləri “Android” qurğularını təxminən 4 dəfə ötür.
Ümumilikdə “Android” və “iPad”dan istifadənin ssenariləri çox oxşardır. Ehtimal ki, bu, onunla bağlıdır ki, son zamanlar “Android” planşetləri funksional imkanlarına görə “Apple” planşetlərinə çatıblar, hərçənd “iPad” əvvəlki kimi bazarda liderdir.
Emil Hüseynov
14/02/14 Çap et