Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə “Android” və “iOS” sistemlərinin smartfonlar bazarında ümumi payı 94 faizə çatıb


“IDC” şirkətinin analitikləri dünya smartfonlar bazarının həcminə yekun vuraraq 2013-cü ildə 1 milyarddan çox qurğunun buraxılmasını açıqlayıblar. Liderlik edən “Android” və “iOS” mobil əməliyyat sistemləri izləyiciləri arasında fərqi artırmaqda davam edir və bu, əsasən “Google” şirkətinin məhsulları sayəsində baş verir.  

Ekspertlərin hesablamalarına görə, ötən il “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların tədarük həcmi 793,6 milyon ədəd təşkil edib ki, bu da dünya bazarında 78,6 faizlik paya bərabərdir. Bir il əvvəl bu göstərici 69 faizə bərabər olub. “iOS”-un iştirak göstəricisi il ərzində əksinə, 18,7 faizdən 15,2 faizədək azalıb. Beləliklə, “iPhone” və “Android” sistemli qurğular qlobal smartfon bazarının 93,8 faizinə nəzarət edir ki, bu da 2012-ci ilin sonunda qeydə alınan nəticədən 6,1 faiz çoxdur.

2013-cü ilin yekunları üzrə smartfonlar üçün populyarlığına görə üçüncü əməliyyat sistemi payı 3,3 faizə çatan “Windows Phone” mobil əməliyyat sistemidir. Bu sistemin bazasında buraxılan aparatların sayı 33,4 faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 90,9 faiz çoxdur.  

“BlackBerry” şirkətinin vəziyyəti pisləşməkdə davam edir. Belə ki, Kanada istehsalçısının dünyada smartfonların satış həcmində payı iki dəfədən çox azalıb, - "3DNews www.3dnews.ru” yazır.

 




14/02/14    Çap et