Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistanda bank xidmətləri üçün mobil telefonlardan istifadə olunacaq


Hindistan Ehtiyat Bankı ölkə sakinləri üçün digər istifadəçilərin bank hesabına malik olub-olmamasından asılı olmayaraq pul vəsaitlərini göndərmək imkanı yaratmağı planlaşdırır. Bunun üçün yalnız mobil telefonun olması tələb olunur.

Əməliyyatların sadələşdirilməsi üçün dövlət tərəfindən vasitəçi müəyyən ediləcək. Pul göndərən alıcının mobil telefonuna “PIN” kodun göstərildiyi “SMS” bildiriş göndərməklə köçürməni tamamlaya biləcək. Bundan sonra alıcı kodu istənilən bankomata daxil etməklə köçürməni nağd şəkildə əldə edə biləcək.    

Hazırda Hindistanda 900 milyona yaxın mobil telefon dövriyyədədir, lakin ölkənin yaşlı əhalisinin təxminən yarısı bank xidmətləri ilə əhatə edilməyib.

“Pulların çıxarılması pulköçürmələri üçün böyük əhəmiyyət kəsb edir, çünki bizim ölkədə pulköçürmələri alıcılarının xeyli hissəsi rəsmi bank xidmətlərinə çıxış imkanından məhrumdur. Sistem müştərinin identifikasiyasını, tranzaksiyaların yoxlanmasını, sürətini və s. tənzimləyəcək. Bizim mobil şirkətlərin artıq təqdim etdikləri çoxlu innovasiyalı həllərə ehtiyacımız var”, - Hindistan Ehtiyat Bankının meneceri Raquram Racan bildirib, - "IT Expert www.itexpert.org.ua” yazır.
 




14/02/14    Çap et