Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məhkəmə “Galaxy Tab 10.1” planşetinin Avropada satışına olan qadağanı ləğv edib


Almaniya məhkəməsi “Galaxy Tab 10.1” planşetinin Avropada satışına olan qadağanı ləğv edib. Bu barədə “Webwereld” holland nəşri məlumat yayıb. Planşetin bütün Avropa Birliyi ölkələrində (Almaniya istisnadır. Orada qurğunun satışı əvvəlki kimi qadağandır) satışına icazə verilib.
“Galaxy Tab 10.1” planşetinin Avropa Birliyində satışına qadağa avqust ayının 9-da Düsseldorf Torpaq Məhkəməsi tərəfindən qoyulub. Qadağa “Apple” şirkətinin tələbi əsasında tətbiq edilib. O, “Samsung” şirkətini “iPad 2” planşetinin kopyalanmasında ittiham edib. Avqust ayının 25-də Düsseldorfda məhkəmə dinləməsi olacaq, hansı ki “Samsung” şirkətinin apelyasiyasına baxılacaq.


lenta.ru




17/08/11    Çap et