Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın onlayn ödəmə portalının istifadəçilərinin sayı 100 mini ötüb


Ölkədə onlayn ödənişlərin genişləndirilməsi sahəsində görülən çoxsaylı işlər əhalinin bu xidmətlərdən daha çox istifadəsinə rəvac verib. “Hesab.az” onlayn ödəmə portalının istifadəçilərinin sayının sürətlə artması da bunu təsdiq edir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, hazırda “Hesab.az”da qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı 101 180 nəfərə çatıb.

“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “Hesab.az” istənilən mobil operatorun, əksər internet-provayderlərin, kabel televiziya şəbəkələri, kommunal və digər şirkətlərin xidmətlərini istənilən banka məxsus plastik kartlar vasitəsilə ödəmək imkanı verir.

Qeydiyyatdan keçən istifadəçilər şəxsi kabinet aça, ödəniş tarixçələrini apara və bonus kampaniyasında iştirak edərək müxtəlif növ hədiyyələr ala bilərlər.
 Portalın tərəfdaşı olan şirkətlərin xidmətlərini, həmçinin cib telefonları vasitəsilə  “m.hesab.az” mobil resursundan da ödəmək olar.

CAHANGİR
 




14/02/14    Çap et