Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2018-ci ilədək əşyaların interneti kateqoriyası 9 milyard qurğu
Hazırda dünyada internetə qoşulmuş və əşyaların interneti (kompüter, smartfon, planşetlər bura daxil deyil) kateqoriyasını yaradan qurğuların sayı təxminən 1,9 milyarddır. Gələcəkdə onların sayı çox sürətlə artacaq.
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, artıq hazırda bir çox istehlak qurğuları internetə qoşulub: məişət texnikası, işıqlandırma sistemləri, istilik sistemi və ya kondisiyalaşdırma sistemləri və sairə. Gələcəkdə başqa qurğular və sistemlər də qlobal şəbəkəyə qoşulacaq.
Nəticədə, artıq 2018-ci ilədək "əşyaların interneti" kateqoriyası təxminən 9 milyard qurğudan ibarət olacaq.
Emil Hüseynov
15/02/14 Çap et