Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Angela Merkel Avropaya öz şəbəkəsini yaratmağı təklif edib
Almaniya Federativ Respublikasının kansleri Angela Merkel Avropa rabitə kommunikasiya sistemini yaratmağı təklif edib. Belə ki, Avropadan göndərilmiş elektron məktubların ilk öncə Amerikadan keçməsi buna səbəb kimi göstərilib.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, federal kanslerin sözlərinə görə, o, 19 fevral tarixində Parisdə keçiriləcək alman-fransız konsultasiyaları zamanı Fransa prezidenti Fransua Olland ilə bu məsələni müzakirə etmək niyyətindədir.
Merkel deyib ki, Avropa məlumat mübadiləsi sahəsində ABŞ-dan asılı olmalı deyil.
Emil Hüseynov
17/02/14 Çap et