Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər “Kickstarter” saytına müdaxilə ediblər
Hakerlər “Kickstarter” saytına hücum həyata keçiriblər. Bu sayt müəlliflərə öz layihələri üçün vəsait toplamağa kömək edir.
Bu haqda 16 fevral tarixində xidmətin administrasiyası öz korporativ bloqunda yazıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Kickstarter”in bloqunda yazılıb ki, bank kartları haqqında məlumatlara icazəsiz müdaxilə baş tutmayıb. Bununla belə, hakerlər istifadəçilərin adları, elektron və yaşayış ünvanları, telefon nömrələri və şifrlənmiş formada olan parolları ələ keçiriblər. Resursun sahibləri bildiriblər ki, kifayət qədər biliyə malik olan cinayətkar şifrlənmiş formada olan parolları “sındıra” bilər.
Bununla əlaqədar “Kickstarter” nümayəndələri istifadəçilərə öz parollarını dəyişməyi tövsiyə edib.
Həmçinin saytın administrasiyası belə bir hadisənin baş verməsinə görə istifadəçilərdən üzr istəyib.
Xatırladaq ki, “Kickstarter” saytı 2009-cu ildən fəaliyyət göstərir. 2013-cü ildə sözügedən xidmətdə layihələri ən azı bir dəfə dəstəkləyən istifadəçilərin sayı üç milyonu ötüb və ianə edilmiş vəsaitlərin ümumi məbləği 480 milyon ABŞ dollarına çatıb.
Emil Hüseynov
17/02/14 Çap et