Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tarixin bu günü “IBM” korporasiyasının “ata”sı anadan olub
1874-cü il fevralın 17-də “IBM”-i İT nəhənginə çevirmiş şəxs – Tomas Uotson anadan olub.
O, karyerasına ticarət agentliyindən başlayıb.
Uotson 1896-cı ildə “NCR” şirkətinə kassa aparatlarının satıcısı kimi işə düzəlib.
O, 1911-ci ildə “Computing Tabulating Recording” şirkətinin baş direktoru olub və həmin il şirkətinin adını dəyişdirərək onu “International Business Machines” adlandırıb.
Şirkətin ABŞ-da texnologiya liderinə çevrilməsində Uotsonun xeyli zəhməti olub. Onun idarəçiliyi dövründə “IBM” ilk uğurlu elektrik çap maşını, böyük elektromexaniki kalkulyator, sərt disk və sairə kimi qurğular hazırlayıb.
Tomas Uotson 1956-cı il iyunun 19-da dünyasını dəyişib.
“IBM” hazırda dünyanın ən yaxşı texnologiya şirkətlərindən biridir.
Emil Hüseynov
17/02/14 Çap et