Azərbaycan-Amerika Ticarət Palatası İKT və digər əməkdaşlıq sahələri üzrə şəbəkə qəbulu elan edib
Martın 11-12-də Bakıda Azərbaycan-Amerika Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə “Azərbaycan İnvestisiya Sammiti 2020: iqtisadi inkişafın sürətləndirilməsi (The Azerbaijan Investment Summit 2020 and Beyond; Accelerating Economic Development)” mövzusunda konfrans keçirəcək.
USACC-dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, konfransda kənd təsərrüfatı, neft və qazçıxarma, turizm, İKT sektorunda fəaliyyət göstərən biznes strukturlarının nümayəndələri iştirak edə bilərlər.
Konfransın əsas spikerləri Azərbaycan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Azərbaycan-Amerika Ticarət Palatasının rəhbəri Nərgiz Nəsrullayeva-Muduroğlu və beynəlxalq səviyyəli iqtisadçı Saymon Rayt olacaqlar.
Tədbirdə iştirak etmək istəyənlər
http://iebms.eurofinance.com/iebms/logon/log_p1_logon.aspx?oc=80&cc=LOG&AppSessionID=fc8fdkfh1faoeinfal&eventid=5092 ünvanında qeydiyyatdan keçə bilərlər.
Aynur Vəliyeva