Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti “4.4 Android” ilə işləyən üç ədəd yeni smartfon təqdim edib


Cənubi Koreyanın “LG Electronics” şirkəti “L” seriyasının ucuz smartfonlarının üçüncü nəslini təqdim edib.

Qeyd edək ki, fevralın sonunda İspaniyada ənənəvi mobil yeniliklər sərgisi keçiriləcək və şirkətlər öz aparatlarını təqdim edəcəklər. Lakin “LG” şirkəti bilərəkdən öz yeni həllərini təqdim edir. Belə ki, ötən həftə şirkət yeni “P Pro 2” qabaqcıl smartfonunu nümayiş etdirib.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkət “L40”, “L70” və “L90” aparatlarını təqdim edib. “L90” aparatı 960x540 piksel təsvir ölçülü 4.7 düymlük ekran və 1.2 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz olunub. Ekranın ön hissəsində 1,3 meqapiksellik kamera, arxa paneldə 8 meqapiksellik kamera var. Aparat 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşa malikdir.

“L70” və “L40” smartfonları 1.2 QHs takt tezlikli dördnüvəli prosessorla işləyir və 4 QB daxili yaddaşa malikdir. “L70” aparatı 800x400 piksel təsvir ölçülü 4,7 düymlük ekran, həmçinin 8 meqapiksellik kamera ilə təchiz edilib. “L40” aparatı 480x320 piksel təsvir ölçülü 3.5 düymlük ekran və 3 meqapiksellik kamera, həmçinin 512 MB əməli yaddaş qurğusuna malikdir.

Emil Hüseynov
 




18/02/14    Çap et