Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ildə “M2M” birləşmələrin sayı 250 milyona çatacaq
“GSMA” təşkilatının proqnozlarına görə, kompüterlər arası birləşmələrin (M2M) sayı 250 milyon olacaq. Ötən il bu göstərici 195 milyon təşkil edib.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin sonunda mobil trafik həcminin təxminən 2,8%-i “M2M” birləşmələrin payına düşüb, bu da 2010-cu illə müqayisədə 2 dəfə çoxdur. Hazırda dünyanın 187 ölkəsində 428 mobil operator “M2M” xidmətləri təklif edir.
“Cisco” şirkətinin proqnozlarına görə, 2018-ci ildə mobil qurğuların təxminən 20%-i və ümumi mobil trafikin təxminən 6%-i “M2M” birləşmələrin payına düşəcək.
Emil Hüseynov
18/02/14 Çap et