Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Paytaxtda elektron tablolarda Xocalı soyqırımı ilə bağlı məlumat yerləşdiriləcək
Bakının bütün dayanacaqlarındakı monitorlarda və yollardakı elektron tablolarda Xocalı soyqırımı ilə bağlı görüntü yerləşdiriləcək.
Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov bildirib ki, Azərbaycan xalqının ümummilli faciəsinə Nəqliyyat Nazirliyi də biganə qalmayıb. Bu məqsədlə Bakının İntellektual Nəqliyyat Sisteminə daxil olan monitorlara və bütün elektron tablolarda Xocalı faciəsini xatırladan görüntü yerləşdiriləcək.
Bundan əlavə, bütün avtobuslarda olan elektron lövhələrdə də bu məlumatlar əks olunacaq.
Onun sözlərinə görə, Xocalı faciəsini əks etdirən görüntüləri yaymaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. N.Həsənov qeyd edib ki, Xocalı faciəsini əks etdirən görüntülər iki gün monitorlarda əks olunacaq.
RƏVAN
18/02/14 Çap et