Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nə üçün “maus”un kursoru 45 dərəcə əyilib?
"StackExchange" sual-cavab saytının ziyarətçisi ilk baxışdan axmaq sual verib: nə üçün əməliyyat sistemlərində bütün kursorlar 45 dərəcə əyilib? Doğrudan da nə üçün kursor şaquli formada deyil, axı bu, mətnin seçilməsi və başqa məsələlər üçün daha rahatdır?
"ICTnews" elektron xəbər xidməti "habrahabr.ru" saytına istinadən bildirir ki, suala kompüter texnikasının tarixindən xəbərdar ekspert cavab verib. O təsdiqləyib ki, "maus"un ixtiraçısı Duqlas Engelbart kursoru doğrudan yuxarı ox şəklində təsvir edib, belə ki, bu, mətnin seçilməsi üçün ən məntiqli variant idi.
Lakin əməliyyat sisteminin qrafik interfeysini təcrübədə birinci "Xerox" şirkəti, məhz onun "Palo Alto Research Center" elmi tədqiqat bölməsi hazırlayıb. Kursor təfsilatı ilə tarixdə birinci qrafik istifadəçi interfeysinə malik "XEROX PARC" kompüterinin xarakteristikalarını sadalayan 1981-ci ilə aid sənəddə təsvir edilib.
Bu kompüterin layihələndirilməsi zamanı məlum olub ki, o dövrün ekranlarının aşağı təsvir ölçüsünə görə piksellərdən kiçik ölçülü normal şaquli kursor yaratmaq mümkün deyil. Kursorun ölçüsünü artırmaq deyil, əvəzinə onu azca çevirmək qərara alınıb ki, onun bir tərəfi şaquli olsun, ikinci tərəfi isə 45 dərəcə əyilsin.
Emil Hüseynov
18/02/14 Çap et