Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” iki ay ərzində 5.3 mln. “Playstation 4” satıb


"Reuters" xəbər agentliyi yazır ki, "Sony" şirkəti iki ay ərzində 5.3 mln "Playstation 4" oyun konsolu satıb. 29 noyabr tarixində ABŞ, Qərbi Avropa və Latın Amerikasında əlavənin satışlarına başlanılıb. Bir müddətdən sonra "Playstation 4" Asiyanın bir sıra ölkələrində satışa çıxarılıb.

"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, 8 fevral tarixinədək satılmış oyun konsollarının sayı 5,3 milyona çatıb. Yaponiyada oyun konsolu 22 fevral tarixinə kimi əlçatan olacaq.

"PlayStation 4" oyun konsolu səkkiznüvəli "Jaguar AMD" prosessoru, "PS4" ehtiyacları nəzərə alınaraq modifikasiya edilmiş "Radeon" qrafik prosessoru, 8 QB əməli yaddaş və 500 QB həcmində daşıyıcı, "Blu-Ray" disk qurğusu, "HDMI", "USB 3.0" konnektorları, "Bluetooth" və "Wi-Fi" modulları ilə təchiz edilib.

Emil Hüseynov




18/02/14    Çap et