Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Messencer sahibləri mobil ünsiyyət bazarında yalnız 2% gəlir qazanırlar
"Juniper Research" analitiklərinin proqnozuna görə, 2018-ci ilədək smartfon və planşet istifadəçiləri tərəfindən mesajların ötürülməsi zamanı yaradılan internet-trafikin təxminən 75 faizi messencerlərin payına düşəcək.
Sözügedən tətbiqlərdən əldə olunan gəlir 3 milyard dolları ötəcək, lakin bu, mobil ünsiyyət texnologiyaları bazarında əldə olunan gəlirin yalnız 2 faizi deməkdir.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, messencer sahibləri üçün gəlir əldə etmək çətindir. Bunun üçün onlar reklam yerləşdirilməsinə, tətbiqlərin daxilində məzmun satışlarına və başqa metodlara üstünlük verirlər ki, bu da ödənişli SMS-dən əldə olunan gəlirlə müqayisə edilə bilməz.
"Strategy Analytics" tədqiqat agentliyinin məlumatına görə, 2013-cü ildə birinci dəfə operatorların SMS və MMS-dən əldə etdiyi gəlir 4 faiz azalaraq 104 milyard dollar olub. 2017-ci ilədək bu göstərici 20% azalacaq. Analitiklər operatorlara genişləndirilmiş multimedia xidmətlərinə keçməyi tövsiyə edirlər.
Emil Hüseynov
18/02/14 Çap et