Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfona qoşula bilən bijuteriya


Amerikanın "Cuff" şirkəti smartfona qoşula bilən bijuteriya xətti elan edib. Xəttə doqquz predmet daxildir.
Hər bir predmet "CuffLinc" adlı miniatür elektron qurğu ilə təchiz edilib. Qurğu "Bluetooth" vasitəsilə "iPhone" və "iPad" ilə məlumat mübadiləsi edir. Gələcəkdə "CuffLinc" "Android" platformasını dəstəkləyəcək.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, bijuteriya yaxın insanlarla təcili əlaqə vasitəsi kimi qələmə verilib. Fövqəladə hadisə zamanı seçilmiş kontaktlara mesaj göndərmək üçün istifadəçiyə "CuffLinc" düyməsinə sıxmaq təklif edilir.

Mesaj adresatların mobil telefonuna göndərilir. Mesaja, həmçinin göndərən şəxsin olduğu yer haqqında qeyd əlavə ediləcək. Qəbul edən şəxsdə, həmçinin "CuffLinc" cihazı varsa, qurğu titrəməyə başlayacaq.
"Ağıllı bijuteriya"nın tədarüklərinə başlamaq 2014-cü ilin sonuna  planlaşdırılıb. Buna baxmayaraq, "Cuff" şirkəti artıq cihaz üçün ilkin sifarişləri qəbul etməyə başlayıb.

Emil Hüseynov




19/02/14    Çap et