Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitə” idman klubu xüsusi kuboka layiq görülüb


Fevralın  10-dan 16-dək Hövsan Olimpiya Mərkəzində 229 boksçu və 40 idman cəmiyyətinin iştirakı ilə yeniyetmələr arasında boks üzrə Azərbaycan birinciliyi keçirilib. Turnirdə “Rabitə” idman klubunun boksçuları uğurla çıxış edərək 5 qızıl, 2 gümüş və 5 bürünc olmaqla 12 medal qazanıblar.
 
İdmançılardan Ümid Rüstəmov (54 kq), Bəxtiyar Qazıbəyov (57 kq), Pərviz Quliyev (63 kq), Nurlan Axundov (80 kq), Məhəmməd Abdullayev (+80) I yeri tutaraq qızıl medal, Mahir Mahmudov (57 kq), Qulam Əskərov (66 kq) II yerə layiq görülərək gümüş medalla mükafatlandırılıblar.
 
Bundan əlavə, Cavid Hüseynov (46 kq), Tural Qasımov (60 kq), Özcan Kərimov (66 kq), Tamerlan Xələfov (75 kq) və Şamil Səfərəliyev (+80) III yer üzrə uğur qazanaraq bürünc medala layiq görülüblər.
 
Qeyd edək ki, klub komanda hesabında I yeri tutaraq xüsusi kuboka sahib olub.

CAHANGİR




19/02/14    Çap et