Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Gənclərə İKT biliklərinin aşılanması” adlı layihəyə start verilib
Oğuz rayonunda “Gənclərə İKT biliklərinin aşılanması” adlı layihənin icrasına başlanılıb. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının informasiya portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən layihənin məqsədi Oğuz rayonunda yerləşən 2 orta məktəbdən olan 14-17 yaş arası gənclərin İKT sahəsində bilik, bacarıq və qabiliyyətlərinin artırılmasıdır.
Həyata keçirilən tədbirlər nəticəsində 90 gənc təlimlər vasitəsilə məlumatlanacaq.
Layihə 2 ay müddətində davam edəcək.
Seymur
19/02/14 Çap et