Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da yüz ən yaxşı peşənin reytinqi dərc edilib


ABŞ-da ən yaxşı iş proqram təminatı tərtibatçısı peşəsidir. Bu barədə “US News” nəşri tərəfindən dərc edilən yüz ən yaxşı peşə reytinqində deyilir. Liderlər üçlüyündə həmçinin kompüter sistemləri analitikləri və diş həkimləri yer alıb.  

Nisbətən perspektivli peşələr arasında feldşer, əczaçı, terapevt həkimlər, tibb bacıları, veb-proqramçılar və diş gigiyenası üzrə mütəxəssislər qeyd edilib. Beləliklə, siyahının yuxarı hissəsində tibb və kompüter texnikası sahəsi üzrə iş yerləri üstünlük təşkil edir.

Yüzlüyün sonunda incəsənət direktorları, arxitektorlar, müştəri xidmətləri şöbələrinin əməkdaşları, sanitariya texnikası işçiləri, ofis qulluqçuları, avtomexaniklər, rəngsaz və psixiatrlar yer alıb. Həmçinin qeyd olunur ki, bu peşələrə tələbat böyükdür.

“US News” reytinq üçün peşələri müxtəlif çəkiyə malik bir neçə amillər üzrə seçib. Xüsusilə orta əməkhaqqı, peşə üzrə işsizlik səviyyəsi, iş yerində inkişaf perspektivləri, stress səviyyəsi və iş vaxtının və həyatın qalan hissəsinin nisbəti nəzərə alınıb.  

Bundan başqa, bütün sahələr üzrə əmək bazarının artımına diqqət yetirilib. Bunun üçün ABŞ Əmək Statistikası Bürosunun göstəriciləri, eləcə də bu idarənin yaxın on il üçün proqnozları əsas götürülüb, - "Lenta www.lenta.ru” yazır.

 




19/02/14    Çap et