Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İtmiş əşyaları bu cihaz vasitəsi ilə tapmaq olacaq
“Nokia” şirkəti itmiş qiymətli əşyaların axtarışı üçün “Treasure Tag” cihazı buraxıb. Bu haqda “Nokia”nın rəsmi saytında yazılıb. Qurğunun qiyməti 29,90 dollar təşkil edir.
“Treasure Tag” cihazını açar, çanta və ya pul kisəsinə bərkitmək olar. Sözügedən cihaz “Lumia” smartfonları ilə xüsusi tətbiq vasitəsilə birləşir və onu “Windows Phone Store” onlayn mağazasından yükləmək olar.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, itmiş əşyanın axtarışı zamanı həm smartfon, həm də “Treasure Tag” səs siqnalı çalacaq. Tətbiq, həmçinin əşyanın xəritədə olduğu yeri müəyyənləşdirmək bacarığına malikdir. Eyni zamanda bir “Lumia” smartfonuna dörd müxtəlif “Treasure Tag” cihazı qoşmaq olar.
Cihazın satışlarına apreldə başlanılacaq.
Emil Hüseynov
19/02/14 Çap et