Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan “CeBIT-2014” sərgisində milli stend ilə iştirak edəcək
Azərbaycan "CeBIT-2014" informasiya texnologiyaları üzrə sərgisində mili stend ilə iştirak edəcək.
"ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nazir müavini Elmir Vəlizadənin başçılıq etdiyi geniş nümayəndə heyəti ilə iştirak edəcəyi sərgi martın 10-dan 14-dək Hannover şəhərində (Almaniya) keçiriləcək.
Milli pavilyonda Azərbaycan İT şirkətlərinin nailiyyətləri və ölkədə İKT sahəsində həyata keçirilmiş iri layihələr nümayiş ediləcək.
Hannoverdə 1986-cı ildən etibarən keçirilən sərgi bu il səkkiz istiqamət üzrə bölünəcək: müəssisələrin resurslarının planlaşdırılması və məlumatların analizi, korporativ kontentin idarə edilməsi, veb və mobil həllər, İT xidmətləri, təhlükəsizlik, kommunikasiyalar və şəbəkələr, infrastruktur və məlumatların emalı mərkəzləri, həmçinin araşdırmalar və innovasiyalar.
Sərgi İT infrastrukturu və biznesin istiqamətləri, kommunikasiyalar, telematika, naviqasiya, nəqliyyat və loqistika, ictimai istehlak sektoru, internet və mobil rabitə vasitələri sahəsində yeniliklər və maliyyə, istehlakçılar üçün elektronika və s. seksiyalar üzrə keçiriləcək.
Bununla yanaşı, "CeBit"ətelefonla məsləhətləşmə prinsipi (TeleHealth, Green IT və Mobility) əsasında fəaliyyət göstərən tibbi yardım seksiyası daxildir.
Sərgidə eyni zamanda, dizayn, xidmət və konsaltinq sahələrində innovasiyalar və yeni təlim texnologiyaları mövzuları işıqlandırılacaq.
"CeBIT Global Conferences" xüsusi konfrans proqramı bu il genişləndirilib, bir çox ölkələrin nümayəndələri və spikerlər konfransda çıxış edəcəkləri proqram məruzələrini hazırlayıblar.
Aynur Vəliyeva
20/02/14 Çap et