Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ICQ” bir ildə auditoriyasının 33%-ni itirib


2013-cü ilin dekabr ayının nəticəsinə görə, “ICQ” messencerinin aylıq auditoriyası 11 milyon istifadəçi olub. Onların 6,7 milyonu Rusiyadan olan istifadəçilərdir. 2012-ci ilin dekabrında “ICQ”-nin qlobal aylıq auditoriyası 15,9 milyon olub, yəni bir ildə messencerin payı 30,9% azalıb.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, eyni tendensiya əvvəllər də müşahidə olunub. 2012-ci il üzrə yekun hesabata əsasən, “ICQ”-nin qlobal aylıq auditoriyası 2011-ci ilin dekabrından 2012-ci ilin dekabrınadək olan müddətdə 41% azalıb.

Messencerin sahibi “Mail.RuGroup” şirkətinin məlumatına görə, 2009-cu ilin iyununda “ICQ”-nin qlobal aylıq auditoriyası 47,3 milyon istifadəçi olub. Xidmətin qlobal auditoriyasının azalmasına baxmayaraq, Rusiyadan olan istifadəçilərin sayı 2009-2011-ci illərdə sabit qalıb.

Emil Hüseynov





20/02/14    Çap et